Vahid Əzizlə görüş keçirilib

Vahid Əzizlə görüş keçirilib
16 mart 2017
# 16:33

Görkəmli şair və ictimai xadim, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Vahid Əzizlə görüş keçirilib. Kulis.azın məlumatına görə Bakı Dövlət Universitetinin filologiya fakültəsində fəaliyyət göstərən “Söz” yaradıcılıq birliyinin təşkil etdiyi görüşdə fakültə rəhbərliyi, müəllimlər və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan fakültə dekanı dos. Elçin Məmmədov şairin həyat və ədəbi fəaliyyətindən, bu görüşün bədii yaradıcılıqla məşğul olan tələbələr üçün xüsusi əhəmiyyətindən bəhs edib. Prof. Tofiq Hüseynoğlu, prof. Bahar Cəfərova, prof. İfrat Əliyeva, prof. Cəlil Nağıyev, dos. Məti Osmanoğlu, dos. Həqiqət Abdıyeva şairin yaradıcılığının müxtəlif aspektlərindən danışıblar.

İştirakçıları xoş ovqatla salamlayan şair belə bir tədbirin təşkil edilməsinə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib və bu görüşün onda olduqca gözəl təəssürat oyatdığını qeyd edib. V.Əziz tələbə və müəllimlərin suallarını cavablandırıb, yaradıcılığı ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib, öz şeirlərini oxuyub.

Tədbirdə Filologiya fakültəsinin tələbələri Samirə Hüseynova, Nərminə Fazilova, Nigar Cəfərzadə, Rəhiməxanım Mürvətova, Sevda Kərimova və Rəfiqə Qasımova müəllifin şeirlərini səsləndiriblər.

Tədbirin bir bölümü bədii yaradıcılıqla məşğul olan tələbələr üçün “ustad dərsinə” həsr olunub. Vahid Əziz filologiya fakültəsinin ikinci kurs tələbələri Adilə Hacılı və Zərifə Həmzəyevanın şeirlərini təhlil edib.

Sonda qonağa universitet adından hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.

# 3197 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər