Nəsimi İspaniya jurnalında

Nəsimi İspaniya jurnalında
13 iyun 2019
# 13:26

İspaniyanın nüfuzlu “Ejecutivos” jurnalının may ayı buraxılışında dahi Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığı ilə bağlı məqalə dərc olunub.

Madrid şəhərində İspaniyanın nüfuzlu “Ejecutivos” jurnalının sayca 29-cu mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə İspaniyanın dövlət rəsmiləri, müxtəlif nüfuzlu beynəlxalq və yerli şirkətlərin təmsilçiləri, ictimaiyyət, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbir zamanı adıçəkilən jurnalın may ayı buraxılışı təqdim edilib. Nəfis tərtibata malik jurnalda böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin həyat və yaradıcılığı ilə bağlı məqalə dərc olunub.

Məqalədə dahi şairin irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığı, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyəti nəzərə alınaraq Azərbaycanda 2019-cu ilin “Nəsimi ili” elan olunduğu diqqətə çatdırılıb. Ədibin ümumilikdə Şərq dünyasının mədəniyyət tarixində özünəməxsus yerə malik olduğu qeyd olunub, dahi şairin humanist ideyaları və mənəvi dəyərləri barədə geniş məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Türkdilli xalqların mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir.

Məqalədə vurğulanıb ki, şairin irsinin Azərbaycanda sistemli şəkildə tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin anadan olmasının 600 illiyinin keçirildiyi vaxta təsadüf edib, 1973-cü ildə böyük söz ustasının 600 illik yubileyi UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilib və beynəlxalq miqyasda qeyd olunub, həmin dövrdən etibarən Nəsimi yaradıcılığı ilə bağlı çox sayda araşdırmaların aparılıb.

Dahi şairin həyat və yaradıcılığını özündə əks etdirən məqalə tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

# 3631 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər