O qapını döy

O qapını döy
31 oktyabr 2016
# 16:06

İlkin Baba

...Yenə üzündə gülüşün. Ətrafa nur saçırsan sanki. Əslində çox bəxtəvərsən. Dərd-kədər içində boğulanların arasında sənin kimisi hələ də var. Mənim üzümdəki məyusluğa belə əhəmiyyət vermədən, yenə təbəssüm edərək "gəl, çay iç" deməyin qədər səmimidir ürəyimdə sənə olan sevgim. Amma neyləmək olar, mən də beləyəm. Bəlkə də büruzə vermirsən, yox hamı belə olmalıdır deyə bağırıb, evi dağıtmaq istəyirsən. Sonra qorxursan...Üzündəki təbəssümün, gülüşün itər deyə... Sənin kimi biri daha bizim bu köçə qoşular deyə... Düzü haqlısan... Kaş ki, bir bilsək bir təbəssümlə nələr olacağını... Sevgi saçırsan dünyama... Bir uşaq kimi...

Heç bir qarşılıq gözləmədən. Saf və təmiz. Sevgi yalnız kişi-qadın arasında olmur dediyini duyar kimiyəm. Sevgi ürəklərdədir deyirsən. Bir ananın qəlbində, bir bağbanın sevgi ilə toxum səpən əllərindədir sevgi... Əsas olan onu o qabar basmış əllərdə tuta bilməkdir. Hiss etdirməkdir. Gec olmadan onu yaşatmaqdır. "Səni sevirəm" deyə bilməkdir. Sevgiliyə, həyat yoldaşına, anaya, ataya. Onu sevdiyini bilməsini istədiyiniz hər kəsə...

Ey, dost! Gecikmiş addımı ilk mən atıram. Qoşul mənə. Üzündə təbəssüm, qəlbində daşıya bilməyəcəyin sevgi ilə birgə... Sabahı gözləmə... Sabah gec olar... Get və o qapını döy...

# 2663 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər