Sosial şəbəkələrdən adamları tapıb öldürən qatil robotlar hazırlanır

Sosial şəbəkələrdən adamları tapıb öldürən qatil robotlar hazırlanır
4 sentyabr 2019
# 10:12

Amazon, Microsoft və Intel kimi bir çox böyük texnologiya şirkətləri xüsusi döyüş robotlarının inkişafı üçün tədqiqatlar aparırlar. Bu robotlar süni intellekt və avtonom olaraq hədəfə hücum etmə qabiliyyətinə malik olacaqlar.

Texnologiya şirkəti olan PAKS (PAX) verdiyi hesabatda bu 50 böyük texnologiya şirkətini 3 hissəyə bölüb: az, orta və yüksək narahatlıq yaradan şirkətlər.

Bu şirkətlərdən 22-si orta dərəcəyə, aralarında Amazon və Microsoft olan 21 şirkət isə yüksək dərəcəyə aid edilib. Yenə yüksək dərəcəyə aid olan MKİ (CİA)-nin dəstəklədiyi Palantir şirkəti 800 milyon dollar qarşılığında əsgərlərə döyüş meydanında kömək edən süni intellektin yaradılması üzrə araşdırmalar aparacaq.

Bu hesabatın hazırlanmasına başçılıq edən Frank Slijperin dediyinə görə, Amazon, Microsoft və digər böyük texnologiya şirkətləri bu tipli araşdırmalar apardıqlarını inkar edirlər.

Kaliforniya Universitetinin Berkley Kompyuter bölməsinin müəllimlərindən biri olan professor Stüart Rasselin sözlərinə görə, süni intellekt vasitəsilə insan müdaxiləsinə ehtiyac olmadan tanklar, döyüş təyyarələri, sualtı gəmilər və digər hərbi texnikalar istənilən hədəfə müstəqil hücum etmək və məhv etmək qabiliyyətinə malik olacaqdır.

Həmçinin professor Stüart Rassel onu da bildirir ki, hal-hazırda İsrail “Harpi” adını verdiyi bir avtonom drona sahibdir. Bu dron bir bölgəyə girərək hədəfləri özü seçir və seçdiyi hədəfləri vurur.

Professor Rassel insanları öldürmək üçün müstəqil qərar verə bilən silahların qadağan olunmasının tərəfdarıdır. O, fikrini bununla əsaslandırır ki, üz tanıma sistemindən istifadə edə bilən süni intellektə sahib olan hər hansı bir silah, dron yaxud hərbi texnika bir bölgəyə girərək istənilən cinsə aid olan canlını yaxud istənilən etnik qrupu məhv edə bilər.

Bu süni intellekt sosial şəbəkələri də yoxlayıb ordan müəyyən siyasi baxışa malik bir qrup insanları tapıb onları öldürə bilər.

Hazırladı: Zakir Abışlı

# 4213 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər