Filmlərimiz beynəlxalq festivalda

Filmlərimiz beynəlxalq festivalda
22 iyun 2019
# 15:09

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubunun üzvləri Möhsün Quliyevin “Bastard” və Orxan Ağazadənin “Oturacaqlar” filmləri ABŞ-da keçirilən “Palm Springs” Beynəlxalq qısa film festivalında iştirak edir.

“Bastard” filminin quruluşçu rejissor və ssenaristi Möhsün Quliyev, quruluşçu operator Micky Montoya, quruluşçu rəssam Dheeraj Malhan, bəstəkar Firudin Allahverdi, prodüserlər Lara Zeidan və Qurban Bunyatovdur.

Ekran əsərində rolları Toğrul Əhmədov, Zülfiyyə Qurbanova, Roman Huseynov, Bayram Muradlı, Gülər Babayeva və başqaları canlandırıblar.

“Oturacaqlar” filminin ssenarist və quruluşçu rejissoru Orxan Ağazadə, quruluşçu operatoru Cameron Vard, quruluşçu rəssam və kostyum dizaynı Lara Zeidan, musiqisi Məməd Ansa, prodüseri Mina Salimdir.

Filmdə rolları Səyyad Əliyev, Zülfiyyə Nəzər Məmmədova, İskəndər Abbasov və başqaları oynayırlar. /azertag.az/

# 4290 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər