“Xarı Bülbül” çilçırağının təqdimat mərasimi keçirildi

“Xarı Bülbül”  çilçırağının təqdimat mərasimi keçirildi
23 oktyabr 2025
# 13:59

“Museum Furniture showroom”da “Xarı Bülbül” çilçırağının təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, “Xarı Bülbül” çilçırağının hazırlanması ideyası “Museum Furniture” şirkəti tərəfindən irəli sürülüb.

Təqdimat mərasimində milli musiqi alətləri, xalq rəqsləri və Qarabağ xalçaları nümayiş etdirilib.

Tədbirdə qeyd olunub ki, “Xarı Bülbül” artıq Azərbaycanın simvoluna çevrilib.

Bildirilib ki, ideyanın həyata keçirilməsi bir ildən artıq vaxt aparıb. Layihə Azərbaycanın zəngin mədəni irsi və tarixinə həsr olunub və italyalı mütəxəssislərlə əməkdaşlıq çərçivəsində reallaşdırılıb. Dizayn prosesi İtaliyanın Neapol şəhərində yerləşən “i Borbone” brendi ilə birgə həyata keçirilib.

Layihə zamanı italyalı tərəfdaşlara Azərbaycan tarixi və mədəniyyəti barədə geniş məlumat verilib.

Tədbirdə vurğulanıb ki, “Xarı Bülbül” iki mədəniyyətin – Azərbaycan və İtaliyanın dostluq və birliyini simvolizə edir.

Qeyd olunub ki, “Xarı Bülbül” çilçırağı sadəcə bir dizayn nümunəsi deyil, xalqımıza, tariximizə və mədəniyyətimizə olan dərin ehtiramın ifadəsidir.

# 1481 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər