Xankəndidə “Arşın mal alan” operettası nümayiş olunub

Xankəndidə “Arşın mal alan” operettası  nümayiş olunub
20 sentyabr 2025
# 13:29

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Xankəndi şəhər günü çərçivəsində Qarabağ universitetində “Arşın mal alan” operettası nümaiş edilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, bərpaçı rejissoru Əhəd Hacıyev, quruluşçu dirijoru – Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı – Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri – Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri isə Əməkdar artist Vaqif Məstanovdur.

Üzeyir Hacıbəylinin 1913-cü ildə qələmə aldığı “Arşın mal alan” operettası Azərbaycan musiqili teatrının şah əsərlərindən biri hesab olunur. Əsərin mərkəzində Əsgər və Gülçöhrənin səmimi məhəbbət hekayəsi dayanır. Operetta XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətində mövcud olan köhnəlmiş adət-ənənələrə qarşı yeni düşüncənin, azadlıq və sevgi uğrunda mübarizənin bədii ifadəsidir.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur.

# 1438 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər