Xankəndi, Ağdərə və Xocalıda Bilik Günü qeyd olundu

Xankəndi, Ağdərə və Xocalıda Bilik Günü qeyd olundu
15 sentyabr 2025
# 11:40

15 sentyabr Bilik Günü münasibətilə Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə, Xocalı şəhər 1 nömrəli orta məktəbdə, Ballıca kənd orta məktəbində, eləcə də Ağdərə rayonunun Həsənriz, Vəngli, Suqovuşan və Talış kənd orta məktəblərində tədbir keçirilib.

Kulis.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, bu il Xankəndi şəhər 4 nömrəli orta məktəbin birinci sinfinə 98 şagird qəbul olunub. Ümumilikdə məktəbdə 1035 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 35 nəfərlik pedaqoji kollektiv məşğul olur.

Xocalı şəhər 1 nömrəli orta məktəbdə bu il birinci sinfə 14 şagird qədəm qoyub. Ümumilikdə məktəbdə 116 şagird təhsil alır. Xocalının Ballıca kənd orta məktəbində isə bu il 7 şagird birinci sinfə qəbul olunub.Məktəbdə ümumilikdə 168 şagird təhsil alır. Ağdərə rayonunun kənd məktəblərində də yeni dərs ili sevinclə qarşılanıb.

Həsənriz kənd orta məktəbində 3, Vəngli kənd məktəbində 2, Suqovuşan kənd orta məktəbində 8, Talış kənd orta məktəbində isə 4 şagird birinci sinfə qəbul olunub. Hazırda Həsənriz kənd orta məktəbində 54, Vəngli kənd məktəbində 41, Suqovuşan kənd orta məktəbində 90, Talış kənd orta məktəbində isə 36 şagird təhsil alır.

# 1095 dəfə oxunub

Oxşar xəbərlər

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

15:55 25 sentyabr 2026
Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

15:30 25 sentyabr 2026
Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

14:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər