"Xanımlar gərək bilələr ki, Allah kişini üstün yaradıb" - Xəzər TV-yə buna görə xəbərdarlıq edildi

"Xanımlar gərək bilələr ki, Allah kişini üstün yaradıb" - Xəzər TV-yə buna görə xəbərdarlıq edildi
18 iyul 2025
# 18:20

Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.

Kulis.az xəbər verir ki, şuradan APA-ya verilən məlumata görə, Xəzər TV televiziya kanalının efirində 16 iyul 2025-ci il tarixdə yayımlanan "Qonaqcanlı" proqramı zamanı səsləndirilən fikirlər müzakirə olunub.

Qeyd olunan proqramda kişi-qadın münasibətləri mövzusunda müzakirələr zamanı aparıcının "Evdə kimin səsi zildən çıxmalıdır? Kişinin yoxsa qadının?" sualına qonaq "Kişinin səsi zil çıxmalıdır da. Azərbaycan ailəsidir. Bilirsiniz, o yerdə ki, qadın idarəçiliyi var, orda mənə elə gəlir k, din-bərəkət yoxdur. Onu gərək xanımlar özləri bilələr ki, Allah kişini üstün yaradıb. Bunu yaradan o cür yaradıb. Yəni ona görə qadın… Evdə əlbəttə, kişinin səsi olmalıdır. Əgər o kişidirsə..." məzmunda cavab verib.

Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinin pozulması kimi, yəni cinsi ayrıseçkiliyin təbliği kimi qeydə alınıb, daha sonra müvafiq prosedurlara uyğun olaraq həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.

Şura üzvləri məsələni ətarflı müzakirə edib və yekdilliklə bu dialoqun cinsi ayrıseçkiliyin təbliği kimi təfsir olunması qənaətinə gəliblər. Belə ki, proqramda cinsi ayrı-seçkilik zəminində fikirlərin ifadə edilməsinə aparıcının əvvəlcədən hazırlayaraq verdiyi sual rəvac verib. Həmçinin, qonağın fikirlərinə aparıcının hər hansı reaksiya bildirməməsi də, cinsi ayrı-seçkiliyin təbliğinə xidmət edə bilən fikirlərə yer verilməsi kimi qiymətləndirilib. Sonda Audiovizual Şuranın üzvləri Xəzər TV televiziya kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəlib, bütün yayımçılardan bu cür mövzuların müzakirələri zamanı qanunvericiliyin tələblərini əsas tutmaları tələb olunub.

# 1809 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər