Xanəndə Aqil Məlikov əməliyyat olundu

Xanəndə Aqil Məlikov əməliyyat olundu
3 avqust 2026
# 11:56

Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov əməliyyat olunub.

Kulis.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun oğlu, xanəndə Hüseyn Məlikov məlumat verib.

O bildirib ki, atası açıq ürək əməliyyatı keçirib və hazırda vəziyyəti qənaətbəxşdir:

“İyulun 31-də əməliyyat olunub. Bir müddət reanimasiyada qaldı, bu gün isə palataya köçürüldü. Açıq ürək əməliyyatı keçirib, ürəyində dörd damar dəyişdirilib. Əməliyyat çox uğurlu keçdi və hər şey öz qaydasında davam edir.

Göydə Allahın köməkliyi, yerdə isə dövlətimizin, Heydər Əliyev Fondunun böyük dəstəyi oldu. Gəlib prosesi nəzarətə götürdülər, hər cür dəstək göstərdilər. Onlara dərin minnətdarlığımızı bildiririk. Allah hər birinə cansağlığı versin.

Hazırda əhval-ruhiyyəsi yaxşıdır. Dünən də danışmışam, bu gün yenidən yanına gedəcəyəm. İnşallah evə qayıtdıqdan sonra özü əlaqə saxlayacaq, ona dəstək olanlara şəxsən təşəkkürünü və minnətdarlığını bildirəcək”.

Qeyd edək ki, 74 yaşlı Aqil Məlikov bir neçə gün öncə səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilib.

# 692 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər