“Xalq yazıçısı Yusif Səmədoğlu - 90” adlı elektron məlumat bazası yaradıldı

“Xalq yazıçısı Yusif Səmədoğlu - 90”  adlı elektron məlumat bazası yaradıldı
24 dekabr 2025
# 15:21

Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun anadan olmasının 90 ili tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında elektron məlumat bazası yaradılıb.

Kulis.az xəbər verir ki, elektron məlumat bazasında bir sıra rəsmi sənədlərin tam mətni, yazıçının zəngin həyat və yaradıcılığı, layiq görüldüyü fəxri adlar haqqında məlumat, elm, mədəniyyət, ədəbiyyat, mətbuat sahəsinin nümayəndələrinin, ictimai-siyasi xadimlərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alır.

“Xalq yazıçısı Yusif Səmədoğlu - 90” adlı bazada akademik Nizami Cəfərovun “Yusif Səmədoğlu yazımı necə itirdi”, filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Yusiflinin “Doğumun və ölümün mübarək, Yusif Səmədoğlu!” kimi məqalələrin tam mətni ilə yanaşı, yazıçının qızı Humay Vəkilovanın xatirələri də yer alır.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada Yusif Səmədoğlunun müəllifi olduğu, redaktə etdiyi və haqqında qələmə alınan nəşrlərin, dövri mətbuat nümunələrinin siyahısı təqdim edilir. Elektron bazada “Səməd Vurğun haqqında”, “Dissertasiya və avtoreferatlar”, “Filmoqrafiya”, “Virtual sərgi”, “Foto və video qalereya” kimi bölmələr də mövcuddur.

“Xalq yazıçısı Yusif Səmədoğlu - 90” adlı baza kitabxananın rəsmi saytında yerləşdirilib.

# 1399 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər