Xalq yazıçısı Elmira Axundovanın yaradıcılıq gecəsi keçirildi - Foto

Xalq yazıçısı Elmira Axundovanın yaradıcılıq gecəsi keçirildi - Foto
12 fevral 2026
# 16:06

Azərbaycan Milli İncəsənət Muzeyi və Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın yaradıcılıq gecəsi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirin aparıcısı, tarix üzrə fəlsəfə doktoru, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova qeyd edib ki, tanınmış qələm ustası, ictimai xadim, səfir, Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın çox zəngin yaradıcılığı var.

“O, maraqlı və qeyri-adi həyat yolu keçib. Elmira xanım bədii publisistika janrında yazan yazıçıdır. Yazıçılar bu janra nadir hallarda müraciət edirlər. Bu gün hər birimiz üçün unikal imkan yaranıb ki, Xalq yazıçısı ilə birbaşa ünsiyyətdə olaq, onunla üzbəüz görüşək, təəssüratlarımızı bölüşək, suallar verək və yaradıcılıq planları ilə tanış olaq”, - o deyib.

Daha sonra çıxış edən Xalq yazıçısı Natiq Rəsulzadə Heydər Əliyev haqqında kitab yazmağın böyük xoşbəxtlik olduğunu qeyd edib: “Elmira xanımla uzun illərdir dostluq edirik. Onun haqqında çox danışmaq olar, amma mən əsasən, gördüyü işlərdən söz açmaq istəyirəm. Heydər Əliyev haqqında yazdığı altıcildlik kitab çox böyük zəhmətin nəticəsidir. Çünki Heydər Əliyev haqqında yazmaq böyük xoşbəxtlikdir”.

Tədbir bədii hissə ilə davam edib.

Sonda Xalq yazıçısı Elmira Axundova kitablarını tədbir iştirakçılarına hədiyyə edib.

# 1589 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər