Xalq yazıçısı Elçin beynəlxalq mükafat aldı

Elçin Əfəndiyev, Xalq yazıçısı

Elçin Əfəndiyev, Xalq yazıçısı

4 noyabr 2022
# 12:40

Xalq yazıçısı Elçin beynəlxalq mükafat alıb.

Kulis.az xəbər verir ki, Xalq yazıçısı Elçin qardaş Türkiyədə ən çox əsərləri nəşr olunan müasir yazıçılardan biridir. Onun “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü”, “Baş” kimi romanları, povest və hekayələri, esseləri ölkənin nüfuzlu nəşriyyatları tərəfindən dəfələrlə çap edilmişdir. Bunu demək kifayətdir ki, Türkiyədə

Xalq yazıçısının otuza qədər kitabı çapdan çıxmış, pyesləri Ankara, Konya, Ərzurum Dövlət teatrlarında, İstanbul Böyük Bələdiyyə Teatrında tamaşaya qoyulmuş, onun əsərləri əsasında doktorluq dissertasiyası müdafiə edilmişdir. Elçin Türkiyənin bir sıra nüfuzlu universitetlərinin fəxri doktorudur. 2013-cü ildə görkəmli yazıçının “Mahmud və Məryəm” romanı əsasında çəkilən eyni adlı film Azərbaycan-Türkiyə kinematoqrafçıları tərəfindən iki ölkənin ilk müştərək ekran əsəri kimi tamaşaçılara təqdim olunmuşdur.

Bu günlərdə Türkiyənin məşhur “Star” qəzeti tərəfindən təsis edilmiş “Nəcib Fazil adına Beynəlxalq mükafat”ın “Mədəniyyət və incəsənət” nominasiyası üzrə qalibi Elçin elan olunmuşdur. O, bu nüfuzlu mükafata “İki xalq arasındakı ədəbi-mədəni yaxınlaşmaya verdiyi töhfəyə görə” layiq görülmüşdür.
Qeyd etmak lazımdır ki, “Nacib Fazil adına Beynalxalq ödül” Türkiyə Respublikasında məşhur və nüfuzlu mükafatlarından biridir.

# 3804 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər