Xalq şairi Vahid Əziz gənclərlə görüşəcək

Xalq şairi Vahid Əziz gənclərlə görüşəcək
25 yanvar 2024
# 17:30

İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə xalq şairi Vahid Əzizlə gənclərin görüşü keçiriləcək.

Birliyin Mətbuat xidmətindən kulis.az-a verilən məlumata görə, tədbir 30 yanvar, saat 15:00-da Bakı Kitab Mərkəzində baş tutacaq.

Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə “MədəniyyətimİZ” layihəsi çərçivəsində keçiriləcək görüşdə Xalq şairi Azərbaycan ədəbiyyatının inkişafı kontekstində milli nümunələrin təbliği, cəmiyyətdə ədəbi dəyərlər və Ümummilli Lider Heydər Əliyevlə bağlı olan zəngin xatirələrindən bəhs edəcək.

Tədbir müddətində “Mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatın rolu”, “Ədəbi mühitdə yeni, innovativ yanaşmalar: yaradıcı sənayenin inkişafı kontekstində müasir yazarlıq ənənələrinə baxış” və “İstedadlı gənclərin tanıdılması” mövzularında panel müzakirənin keçirilməsi nəzərdə tutulur. Tədbirin bədii hissəsində yaradıcı gənclərin iştirakı ilə müxtəlif musiqi nümunələri təqdim ediləcək.

Görüşdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/rCNS3

# 3631 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər