Xalq şairi Süleyman Rüstəmin xatirəsi anıldı

Xalq şairi Süleyman Rüstəmin xatirəsi anıldı
12 mart 2026
# 13:31

Bu il Xalq şairi, görkəmli ictimai xadim, dramaturq Süleyman Rüstəmin anadan olmasının 120 illiyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli dramaturqun mənalı həyat yolu və zəngin ədəbi irsindən bəhs edən elektron məlumat bazası hazırlanıb.

Kulis.az xəbər verir ki, özündə 20-dən çox bölməni cəmləyən bazada rəsmi sənədlərlə yanaşı Ulu Öndər Heydər Əliyevin Xalq şairi Süleyman Rüstəmin anadan olmasının 90 illiyi münasibətilə təntənəli yubiley gecəsində söylədiyi nitqin tam mətni təqdim edilir.

Elektron bazada filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Yusiflinin “Süleyman Rüstəmin qəlbi Azərbaycandan ayrılmaz” adlı məqaləsi, bir sıra görkəmli şəxslərin ədib haqqında söylədikləri dəyərli fikirlər, Süleyman Rüstəmin layiq görüldüyü mükafatlar, yaradıcılıq nümunələri yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada Süleyman Rüstəmin müəllifi olduğu, redaktə və tərtib etdiyi, “Ön söz” yazdığı Azərbaycan və rus dillərində nəşr edilən kitabları, məqalələri, tərcümələri ilə yanaşı, görkəmli dramaturq haqqında qələmə alınan əsərlərin, dövrü mətbuat nümunələrinin siyahısı da təqdim olunur.

Elektron məlumat bazasında “Notlar”, “İzonəşrlər”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Filmoqrafiya”, “Virtual kitab sərgisi”, “Foto və videoqalereya” bölmələri də mövcuddur.

“Xalq şairi Süleyman Rüstəm 120” adlı elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.

# 1005 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər