“Xalq şairi Bəxtiyar Vahabzadə 100” elektron məlumat bazası yaradılıb

“Xalq şairi Bəxtiyar Vahabzadə 100”  elektron məlumat bazası yaradılıb
9 oktyabr 2025
# 14:00

Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında elektron məlumat bazası yaradılıb.

Kulis.az xəbər verir ki, elektron məlumat bazasında bir sıra rəsmi sənədlərin tam mətni, şairin zəngin həyat və yaradıcılığı, layiq görüldüyü fəxri adlar haqqında məlumat, elm, mədəniyyət, ədəbiyyat, mətbuat sahəsinin nümayəndələrinin, ictimai-siyasi xadimlərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alır.

“Xalq şairi Bəxtiyar Vahabzadə 100” adlı bazada akademik Nizami Cəfərovun “Bəxtiyar Vahabzadə yaxud millətin şairi”, türkoloq, filologiya elmləri doktoru Nizami Məmmədov Tağısoyun “Bəxtiyar Vahabzadə poeziyasında idrakla intellektin vəhdəti” kimi məqalələrin tam mətni ilə yanaşı, şairin sözlərinə yazılmış bəstələrin, notların siyahıları, “Bəxtiyar Vahabzadə simpoziumu”, “Bəxtiyar Vahabzadənin gündəliyindən”, “Tərcümələr”, “Dissertasiya və avtoreferatlar”, “Virtual sərgi”, “Foto və video qalereya”, “Xatirəsinin əbədiləşdirilməsi” kimi bölmələr də mövcuddur.

Bundan əlavə, kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron məlumat bazasında şairin müəllifi, redaktoru, rəyçisi olduğu və onun haqqında qələmə alınan kitablar, dövri mətbuat nümunələri sərgilənir.

# 1778 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər