Xalq artistinin ustad dərsləri başladı

Xalq artistinin ustad dərsləri başladı
14 aprel 2022
# 10:40

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tanınmış aktyoru, Xalq artisti Pərviz Məmmədrzayev aprelin 14-dən 18-dək Füzuli Dövlət Dram Teatrında ustad dərsləri keçəcək.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin “Öyrədərək öyrənirəm” adlı layihəsi çərçivəsində beş gün davam edəcək dərslərdə Xalq artisti peşəkar və gənc aktyorlarla görüşəcək, həmçinin onlara xüsusi proqram əsasında təlimatlar verəcək.

Pərviz Məmmədrzayev dərslərin ilk günü təlim iştirakçılarına diqqət və yaddaşa, duyğu üzvlərinə aid məşqlər keçəcək. Növbəti günlərdə isə “Hərəkətin xarakterinin və mənasının zaman və məkan aspektindən açılması”, “Aktyorun tərəf müqabilinə uyğunlaşması və onunla səhnədə canlı şəkildə işləyə bilməsi”, “Bədənin ifadə vasitələrinin inkişafı”, “Bədən üzvlərinə aid çalışma, etüdlər”, “Hərəkət və sözlə bağlı improvizasiya”, “Mətn üzərində iş formaları”, “M.Çexovun “Ağırlıq mərkəzi” və “Psixoloji jest” anlayışları barədə” təlimlər keçəcək, uzun illər səhnədə qazandığı təcrübəsini teatrın bütün yaradıcı heyəti ilə bölüşəcək.

# 2504 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər