Xalq artistimizə MDB-nin baş mükafatı təqdim olundu

Xalq artistimizə  MDB-nin baş mükafatı təqdim olundu
21 dekabr 2021
# 17:42

Azərbaycanın Xalq artisti, Moskvanın “Bolşoy teatrı”nın solisti Elçin Əzizova Müstəqil Dövlətlər Birliyinin (MDB) “Birliyin ulduzları” mükafatı təqdim olunub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təsis etdiyi mükafatın təqdimat mərasimi bu gün “Paşkov Evi”nin böyük zalında keçirilib.

Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri Polad Bülbüloğlu, Fondun icraçı direktoru Anatoli Aksanov və Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy iştirak ediblər.

Qeyd edək ki, "Birliyin ulduzları" mükafatı Müstəqil Dövlətlər Birliyinin humanitar sahədə yüksək xidmətlərə görə verilən baş mükafatıdır. Hər il təqdim olunan mükafatın məbləği 2 milyon rubldur.

Tədbir çərçivəsində Birliyin debütü mükafatı da təqdim olunub. Azərbaycandan bu mükafata Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov layiq görülüb.

# 2410 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər