Xalq artisti xəstəxanaya yerləşdirilib? - Açıqlama

Xalq artisti xəstəxanaya yerləşdirilib? - Açıqlama
7 aprel 2025
# 18:42

Sosial şəbəkələrdə Xalq artisti Səidə Quliyevanın xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbər yayılıb.

Kulis.az-a açıqlama verən aktrisa xəbərin yalan olduğunu deyib.

"Heç nədən xəbərim olmadan səhər kimsə mənim xəstələndiyimi və xəstəxanaya yerləşdirildiyimi deyib. Əslində, belə deyil. Mən sağlamam. Hər şey normaldır. Niyə belə yazıblar? Mənim də uzaqda yaşayan qohumlarım var. Eşidib çox narahat olublar. Bir sözlə, səhərdən kefim çox pisdir. Doğmalarım mənə zəng eləyir. Hamı həyəcan içindədir. Hətta iş yoldaşlarım da narahat olublar.

"Onu yazan adam çox səviyyəsiz, ləyaqətsiz insandır"

Xalq artisti açıqlamasında bu hərəkətin onun üçün gözlənilməz olduğunu qeyd edib:

"İnsanların heysiyyəti ilə belə oynamaq olmaz. Onsuz da bizdə hər şey çətinliklə başa gəlir. Bir tərəfdən də insana belə mənəvi zərbə vurmaq insanlığa yaraşan hərəkət deyil. Həddindən artıq səviyyəsiz hərəkətdir. Mənim yaradıcılığım barədə soruşsa idi, böyük məmnuniyyətlə ona açıqlama verərdim. Hamıya hörmətlə yanaşıram. Mənə qarşı bu hörmətsizliyi heç gözləməzdim. Sual versələr ki, sizin düşməniniz var, deyərəm, yoxdur. Mən insanları özümə dost bilirəm. Onu yazan adam çox səviyyəsiz, ləyaqətsiz insandır. Belə pul qazanmaq istəyirsinizsə, o pul haramdır. Sizin heç halalınız olmasın".

# 3616 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər