Xalq artisti Ramiz Məlik kömək istədi: "Dərmanlarımı ala bilmirəm"

Xalq artisti Ramiz Məlik kömək istədi:  "Dərmanlarımı ala bilmirəm"
20 aprel 2023
# 11:30

Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti, "Şöhrət" ordenli Ramiz Məlik səhhətində yaranmış problemlərlə bağlı Heydər Əliyev Fonduna müraciət edib.

Kulis.az xəbər verir ki, müalicə aldığı xəstəxananın xərclərini ödəyə bilməyən aktyor Heydər Əliyev Fondundan kömək istəyib:

"İndiki zamanda xəstənin maddi təlabatını ödəmək lazımdır. Mənim səhhətimdə yaranmış problemi Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı bilir. Hətta nazirlikdən evə gəlib səhhətimlə maraqlananlar oldu. Dedi ki, "Ramiz müəllim, sizə kömək etməyə hazırıq”. Üstündən bir az keçəndən sonra dedi ki, kömək üçün nazirliyin büdcəsi yoxdur. Maddi kömək olmadan xəstə indiki zamanda sağala bilməz. Bir yandan dərmanlar, bir yandan həkimlərin haqqı, bir yandan da xəstəxana xərcləri, mən bunların hamısını ödəyə bilmirəm. Hər yan od tutub yanır”.

Aktyor təəssüf hissi ilə aidiyyatı qurumların heç birindən ona dəstək olunmadığını qeyd edib:

"Mənə dəstək yoxdur. Heç olmasa, hospitalda aparılan müayinə, xəstəxana xərclərimi İcbari Tibbi Sığorta ilə həll etsinlər. Dövlətimdən, Heydər Əliyev Fondundan dəstək gözləyirəm”.

Ramiz Məlik istər teatrda, istərsə də kinoda fəaliyyətinin göz önündə olduğunu vurğulayıb:

"Mən bu dövlət üçün işləmişəm, bunu qiymətləndirmək lazımdır. Xəstəlik hamı üçündür. Sıradan bir adam deyiləm. Bu günə kimi imkanım daxilində müalicəm üçün əlimdən gələni etdim, amma daha tükənmişəm. Azərbaycanda müalicəm mümkündür, amma gərək dövlət dəstək olsun. 24 saat tibb bacısı, həkim heyəti evə gəlir-gedir, bunların pulunu ödəməliyəm, dərmanları ala bilmirəm, hamısı baha-baha. Buna görə də Heydər Əliyev Fonduna yazmışam".

Qaynarinfo

# 3874 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər