Xalq artisti Ramiz Həsənoğlunun 80 illik yubileyi keçirildi

Xalq artisti Ramiz Həsənoğlunun 80 illik yubileyi keçirildi
1 may 2026
# 10:12

Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, görkəmli kino və televiziya rejissoru Ramiz Həsənoğlunun 80 illik yubileyi keçirilib.

Kulis.az xəbər verir ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı olub.

Film Fondundan bildirilib ki, Mədəniyyət Nazirliyi adından yubilyarı təbrik edən nazir müavini Səadət Yusifova Azərbaycan televiziyasının və kinosunun inkişafında Ramiz Həsənoğlunun xidmətlərindən söz açıb, onun dövlət tərəfindən bir çox mükafatlarla təltif olunduğunu vurğulayıb.

Tədbirin aparıcısı, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Ramiz Həsənoğlunun yaradıcılığından danışaraq, onun bədii və sənədli filmlərini, televiziya tamaşalarını təhlil edib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi, Xalq artisti Şəfiqə Məmmədova, Xalq yazıçısı Anar, Xalq artistləri Xalidə Quliyeva, Hacı İsmayılov, Məbud Məhərrəmov, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə, Əməkdar mədəniyyət işçisi Azər Turan, “Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyeva, jurnalist İlhamiyyə Rza yubilyara təbriklərini çatdırıb, ona yaradıcılıq uğurları arzulayıblar.

Sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov yubilyara “Sənətkar” medalını, rejissor və ssenarist Vahid Mustafayev isə hədiyyə təqdim ediblər. Sənətkarın 80 illiyinə həsr olunmuş “Qobustan” jurnalı tədbir iştirakçılarına paylanılıb.

Tədbirdə “Baku TV”nin yubilyara həsr etdiyi, rejissor İman Məcidovun çəkdiyi “Sənin boyun ucadır” filmi və rejissor Elnaz Əblucun hazırladığı videoçarx nümayiş olunub.

# 1381 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər