Xalq artisti Naibə Allahverdiyevanın yubileyi qeyd olundu

Xalq artisti Naibə Allahverdiyevanın yubileyi qeyd olundu
11 mart 2024
# 12:00

Martın 10-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa, Xalq artisti Naibə Allahverdiyevanın 60 illik yubileyi munasibəti ilə "Gerçəkləşməyən arzular" adlı benefis nümayiş olunub.

Kulis.az xəbər verir ki, əsərin ideyası bir aktrisanın arzusunda olduğu, lakin ifa edə bilmədiyi rolları bir araya gətirib onlardan parçalar ifa etməkdir.

Benefisdə Uilyam Şeksprin "Romeo və Culyetta", "Hamlet", "Antoni və Kleopatra", Cəfər Cabbarlının "Sevil", Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" pyeslərindən istifadə edilib. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, səhnə tərtibatçısı Zəminə Elbir, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assisentləri Fuad Cavadzadə, Günay Qasımovadır.
Səhnə əsərində Xalq artisti Naibə Allahverdiyeva, Əməkdar artistlər Rasim Cəfər, Elnur Bəhramxan, aktyorlar Anar Seyfullayev, Ramil Məmmədov, Elşən Şıxəliyev, Elgün Yəhyayev, Könül Əbilova, Mirsənan Kazımlı, İlhan Sadıqov, Araz Pirimov iştirak ediblər.
Qeyd edək ki, Bakı Xoreqrafiya akademiyasının tələbələrinin də iştirak edəcəyi benefisdə rəqslərin quruluşu Əməkdar artist Nailə Məmmədzadəyə məxsusdur.

# 2280 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər