Xalq artisti Məlik Dadaşovun məzarı ziyarət olundu

Xalq artisti Məlik Dadaşovun məzarı ziyarət olundu
7 iyun 2024
# 16:00

Bu gün Xalq artisti Məlik Dadaşovun anadan olmasının 100-cü ildönümü tamam olur.

Kulis.az xəbər verir ki, bu münasibətlə Mədəniyyət Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, sənətkarın ailə üzvlərinin iştirakı ilə İkinci Fəxri xiyabanda Xalq artistinin məzarı ziyarət olunub.

Anım mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov deyib ki, Azərbaycan aktyor məktəbinin orta nəslinə mənsub olan Məlik Dadaşov teatrda onlarla obraza səhnə həyatı verib, elə kinoda da yaddaqalan, maraqlı rollar yaradıb. O, təkcə Azərbaycanda deyil, bütün dünyada xalqımızı təmsil edən nadir sənətkarlardan olub. Yüksək intellektə, mədəniyyətə malik, aktyor sənətinin yüksək texnikasına yiyələnmiş bu sənətkar bir-birindən maraqlı, bənzərsiz rollar yaradıb.

Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev qeyd edib ki, görkəmli aktyor Məlik Dadaşov “Birisi gün, gecəyarısı”, “O dünyadan salam”, “Fəryad”, “Hacı Qara” kimi filmlərdə yaddaqalan və maraqlı obrazlara ekran həyatı verib. O, həm komediyalar, həm dramatik və faciə xarakterli obrazlar, həm də lirik-psixoloji rollarda böyük fərqli obrazlar yaratmaqla tamaşaçıların yaddaşında silinməz izlər qoyub.

Məlik Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri olduğunu vurğulayan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə deyib: “Elə aktyorlar var ki, onlar haqqında sıradan birisi kimi danışmaq mümkün deyil. Məlik Dadaşov da əvəzolunmaz imzalar və dəyərlərdən biridir. Onu fərqli edən aktyorluğu, intellekti, görünüşü və səs tonu idi”.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev Məlik Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri olduğunu bildirib. "Aktyor ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında çalışıb. Bu teatrda direktor kimi çalışdığı dövrdə teatrın repertuarı xeyli zənginləşib, buraya yeni yaradıcı qüvvələr cəlb olunub. 1980-ci illərdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs də deyib", - deyə əlavə edib.

Sonda Xalq artisti Brilliant Dadaşova mərhum sənətkarın ailəsi adından hər kəsə öz təşəkkürünü bildirib.

# 1916 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər