Xalq artisti "Fəxri diplom"la təltif olundu

Xalq artisti "Fəxri diplom"la təltif olundu
14 aprel 2026
# 16:31

Tanınmış teatr, kino və televiziya rejissoru, Xalq artisti Ramiz Həsənoğlu ilə Mədəniyyət Nazirliyində görüş keçirilib.

Kulis.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli Ramiz Həsənoğlunu 80 illik yubileyi münasibətilə təbrik edib, ona xoş arzularını çatdırıb. Bildirib ki, Xalq artisti uzunillik səmərəli fəaliyyəti ilə mədəniyyətimizin inkişafına mühüm töhfələr verib. Ramiz Həsənoğlunun quruluş verdiyi televiziya tamaşaları böyük rəğbətlə qarşılanıb. Onun lentə aldığı sənədli filmlər isə Azərbaycan xalqının tarixi-mədəni yaddaşının zənginləşməsinə xidmət edir.

Qeyd olunub ki, rejissorun yaradıcılığı daim yüksək qiymətləndirilib, bir sıra dövlət təltiflərinə layiq görülüb. Sonra Adil Kərimli yubilyar rejissora Mədəniyyət Nazirliyinin “Fəxri diplom”unu təqdim edib, möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıb.

Ramiz Həsənoğlu fəaliyyətinə göstərilən diqqətə və təltifə görə minnətdarlığını bildirib.

Görüşdə iştirak edən Xalq artistləri Hacı İsmayılov, aktyorlar İlham Namiq Kamal, Məbud Məhərrəmov, Əməkdar incəsənət xadimləri Cəmil Quliyev və kinoşünas Ayaz Salayev Ramiz Həsənoğlunun sənət yolundan söz açıblar.

# 1216 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər