Xalq artisti: “Araşdırın, görün nə hoqqalardan çıxıb"

Xalq artisti:  “Araşdırın, görün nə hoqqalardan çıxıb"
13 sentyabr 2023
# 14:29

İrəvan Dövlət Azərbaycan Dram Teatrının sabiq aktyoru Əjdər Zeynalov teatrın direktoru İftixar Piriyevi sərt tənqid edib.

Kulis.az Qaynarinfo-ya istinadən xəbər verir ki, aktyor direktoru ömrünü sənətə, teatra həsr edən sənətkarların qatı düşməni adlandırıb:

"Bu insan Azərbaycan qanunlarını saymır, ələ salıb gülür...Deyir ki, hər şeyin pul ilə həll oluduğu ölkədə heç nədən qorxmuram. Bu insanın bütün düşüncələri dövlət əleyhinədir".

Xalq artisti Ramiz Məlik də Əjdər Zeynalovu dəstəkləyib:

"Araşdırın, görün haralarda işləyib, nə hoqqalardan çıxıb? O, pulgir, rüşvətxor, quldur təfəkkürlü, Azərbaycan mədəniyyətinin üz qarasıdır. Onun İrəvan Teatrının yaranmasında heç bir əməyi olmayıb”.

Məsələ ilə bağlı İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev də fikir bildirib:

"Mənə onunla bağlı heç bir sual verməyin. Ramiz Məliklə bağlı bütün sulları Xalq artisti Məleykə Əsədovaya ünvanlayın. Nə yazıb, özü bilər. Mən ona heç bir fikir bildirməyəcəyəm”.

Direktor Əjdər Zeynalovun sosial şəbəkədə yazdığı ağır ittihamlara da cavab verib:

"Mən heç kəsin fikirlərinə münasibət bildirmirəm. Mənim üçün onlar yox, Allahın həqiqəti maraqlıdır. Qərəzli fikirlərə münasibət bildirmirəm. İndi demokratiyadır, kim nə istəyir, deyir. Bizi tanıyan bilir ki, həqiqət belə deyil. Amma deyirlərsə, qoy həqiqəti desinlər”.

# 3329 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər