Xalq artisti: "Aktyorların səsi tamaşaçılara çatmır"

Xalq artisti:  "Aktyorların səsi tamaşaçılara çatmır"
11 dekabr 2023
# 14:00

"1979-cu ildən bu yana Gənc Tamaşaçılar Teatrında səs akustikası yoxdur. Aktyorların səsi tamaşaçılara çatmır".

Kulis.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Yasin Qarayev deyib. Onun sözlərinə görə, Gənc Tamaşaçılar Teatrının binasında 1978-ci illərdə göbələk xətəliyi aşkarlanıb və bundan sonra bina sökülüb:

"Yeni bina tikildi. Teatr binasının şərtləri var, gərək bina tikiləndə akustikanı nəzarətdə saxlayasan. Yeni bina hardasa 10 ilə tikilib. Baxırsan ki teatr binasına oxşamır, elə bil, metrodur. Köhnə binada "dəmirağac" var idi, elə bilirdik, bəzəkdir. Sən demə, səs akustikası imiş. Onu heç kəs aparmazdı. Düşünürəm ki, elə tikinti gedən ərəfədə onu söküb aparıblar. Bu gün teatr buna görə əziyyət çəkir. Tamaşaya baxırsan, səs axıra qədər gedib çatmır. Bu günlərdə sonuncu tamaşa təhvil veriləndə bu problem ortaya çıxdı, dedilər filan aktyorun səsi arxa oturacaqlara çatmır. Dedim ki, burada aktyorluq heç nə yoxdur, teatrda səs akustikası yoxdur. Neçə ildir ki, bunu deyirik, danışırıq. Teatrda 3-cü sıradan sonra aktyorların səsi eşidilmir. Buna görə aktyoru danlayırlar".

Yasin Qarayev bildirib ki, bu problem bütün teatrlarda hiss olunur:

"Amma bu boyda problemdən Mədəniyyət Nazirliyi xəbərsizdir. Bina tikiləndən sonra çoxlu nazir dəyişib. Burada kimi günahlandıra bilərəm ki? Mən kiməm ki? Aradan nə qədər illər keçib. Teatrın səs akustikası bərpa olunmalıdır".

# 2395 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər