Xalça Muzeyində konfrans keçiriləcək

Xalça Muzeyində konfrans keçiriləcək
29 oktyabr 2025
# 13:48

Oktyabrın 30-da Xalça Muzeyində “Azərbaycan silahşünaslığının aktual problemləri” mövzusunda birinci elmi-praktik konfrans keçiriləcək.

Kulis.az xəbər verir ki, Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunan bu tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Konfransın əsas məqsədi Azərbaycanın qədim dövrlərdən bu günə qədər formalaşmış silahşünaslıq tarixinin elmi əsaslarla araşdırılmasını genişləndirmək, yerli və xarici muzeylərdə, eləcə də şəxsi kolleksiyalarda qorunan Azərbaycana aid silah nümunələri haqqında məlumat mübadiləsini təmin etmək, bu sahədə mövcud bilikləri dərinləşdirmək və yeni tədqiqat istiqamətlərini müəyyənləşdirməkdir.

Konfrans çərçivəsində “Azərbaycanın silahşünaslığına dair yeni tədqiqatlar”, “Tarixi silahların mühafizəsi, bərpası və nümayişi problemləri”, “Tarixi silahların incəsənətdə yeri və rolu”, “Tarixi silahlar Azərbaycan bədii sənətkarlığının tərkib hissəsi kimi: ənənənin bərpası” mövzularında akademik sessiyalar keçiriləcək.

Tədbirdə ölkəmizin müxtəlif elm və təhsil müəssisələrində, muzeylərində çalışan mütəxəssislərin, eləcə də müstəqil tədqiqatçıların silahşünaslıq elminin aktual məsələlərinə həsr olunmuş məruzələri dinləniləcək, onlar arasında fikir və təcrübə mübadiləsi aparılacaq. Həmçinin elmi əlaqələrin gücləndirilməsi, gələcəkdə ortaq tədqiqat layihələrinin reallaşdırılması və Azərbaycanın silahşünaslıq irsinin beynəlxalq miqyasda təbliği istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyində keçiriləcək bu elmi-praktik konfrans milli-mədəni irsin mühüm tərkib hissəsi olan silahşünaslıq sahəsində aparılan araşdırmaların daha sistemli şəkildə inkişafına təkan verəcək.

# 1520 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər