Vüsalə Mahirqızı: "Azərbaycan dili ilə bağlı lüğətlərin elektronlaşdırılmasına ehtiyac var"

Vüsalə Mahirqızı: "Azərbaycan dili ilə bağlı lüğətlərin elektronlaşdırılmasına ehtiyac var"
18 fevral 2026
# 13:00

“Azərbaycan dili yalnız kommunikasiya vasitəsi deyil, milli düşüncə modelidir”.

Kulis.az xəbər verir ki, bunu “APA Media Group”un baş direktoru, Azərbaycan Mətbuat Şurası Dil Komissiyasının sədri Vüsalə Mahirqızı “Medianın dili elmi müzakirə müstəvisində” adlı konfransda deyib.

Vüsalə Mahirqızı qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan dilinin qorunması ilə bağlı çıxış və müsahibəsində də Azərbaycan dilini milli kimliyimizin mühüm atributu hesab edib.

O deyib ki, media dilin qorunması üçün dilçi alimlərlə daim əməkdaşlıq etməlidir: “Milli Elmlər Akademiyası Azərbaycan dilinin orfoqrafik, orfoepik, leksik, terminoloji lüğətlərini hazırlayıb. Əlbəttə, bu, çox vacibdir. Lakin həm media, həm də kütləvi əlçatanlıq üçün lüğətlərin elektronlaşdırılması və süni intellekt alətlərinə inteqrasiya edilməsi vacibdir. Əsas məsələ orfoepiya lüğətinin elektronlaşdırılmasıdır. Bu həm televiziya aparıcıları, həm də dilimizi yeni öyrənənlər üçün çox dəyərli vəsait olar. Təəssüf ki, insanlar bəzən televiziya verilişlərindən, sosial mediadan sözün səhv tələffüzünü eşidirlər, bu cür də yadda saxlayırlar”.

Media rəhbəri onu da qeyd edib ki, hazırda onlayn mediada Azərbaycan dilində sözlərin düzgün yazılışını yoxlayan alətlərdən istifadə edilir: “Burada ən yaxşı köməkçi vasitə xəbər yazılan kimi mətnin bir neçə saniyə içərisində alətlər tərəfindən yoxlanılmasıdır. Amma Azərbaycan dili ilə bağlı o alətlər keçmişdə yaradılıb və həmin alətlərdə yenilənmiş qaydalar nəzərə alınmayıb. Hesab edirəm ki, Dilçilik İnstitutu bu elektron alətləri yeniləyə və ya yenidən yarada bilər. Bu, Azərbaycan dili ilə bağlı mediada və kütləvi istifadə zamanı baş verən səhvlərin sürətlə aradan qaldırılmasına kömək edə bilər”.

# 1453 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər