“Vətənimdir, vətənim...” konsert-kompozisiyası təqdim edildi

“Vətənimdir, vətənim...” konsert-kompozisiyası təqdim edildi
19 dekabr 2024
# 18:19

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr edilmiş “Vətənimdir, vətənim...” konsert-kompozisiyası təqdim olunub.

Kulis.az xəbər verir ki, tədbiri Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı, kinodramaturq İlqar Fəhmi açaraq Füzuli yaradıcılığından, onun ölməz əsərlərindən bəhs edib. O, Füzuli işığının beş əsrdir ki, Azərbaycan və Şərq ədəbiyyatını aydınlatdığını qeyd edib.

Gecədə Xalq artisti, ADMİU-nun Muğam sənəti kafedrasının müdiri Teyyub Aslanov, Əməkdar artist Zakir Əliyev, Ramil Hümbətov və Vüsal Qasımovun ifasında dahi şairin sözlərinə yazılmış musiqi əsərləri təqdim olunub. İfaçıları Əməkdar artistlər Əliağa Sədiyev (tar), Toğrul Əsədullayev (kamança), Şirzad Fətəliyev (balaban) və Kamran Kərimovun (nağara) yer aldığı “Xarıbülbül” muğam qrupu müşayiət ediblər.

# 2273 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər