“Vətənimdir Azərbaycan!” layihəsi Şamaxıda

“Vətənimdir Azərbaycan!”  layihəsi Şamaxıda
19 iyun 2026
# 14:35

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində Şamaxı Mədəniyyət Mərkəzində milli geyimlərin sərgisi və konsert proqramı təşkil olunub.

Kulis.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycan milli geyimlərinin və qədim kəlağayı nümunələrinin yer aldığı sərgi ilə tanış olublar.

Sərgidə xalqımızın zəngin milli-mədəni irsini əks etdirən eksponatlar nümayiş etdirilib, onların tarixi, hazırlanma xüsusiyyətləri və estetik dəyərləri barədə ətraflı məlumat verilib.

Tədbirdə çıxış edən İctimai Birliyin sədri, layihə rəhbəri Güllü Eldar Tomarlı milli irsin yaşadılması istiqamətində həyata keçirilən təşəbbüslərin əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, milli geyimlər və kəlağayı xalqımızın tarixi yaddaşını, adət-ənənələrini və estetik zövqünü özündə yaşadan mühüm mədəniyyət nümunələridir.

Dağlıq-Şirvan Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə baş məsləhətçisi Rəfail Tağızadə milli geyimlərin və kəlağayı sənətinin qorunaraq gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.

Şamaxı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Səbuhi Həsənov bildirib ki, rayonda milli-mənəvi dəyərlərin, adət-ənənələrin və mədəni irsin təbliğinə xidmət edən tədbirlərin keçirilməsinə hər zaman xüsusi diqqət yetirilir.

Prezident təqaüdçüsü, əmək qəhrəmanı Tərlan Musayeva, ictimai xadim, həkim, Şamaxı Rayon Ağsaqqallar Şurasının üzvü Nəzakət Abdulrazaqova kəlağayının Azərbaycan xalqının qədim sənət nümunələrindən biri olduğunu, əsrlər boyu Azərbaycan qadınının ayrılmaz atributuna çevrilmiş kəlağayının yalnız geyim elementi deyil, həm də milli mənsubiyyətin, mənəvi dəyərlərin və ailə ənənələrinin daşıyıcısı olduğunu diqqətə çatdırıblar.

Tədbir bədii hissə ilə davam edib.

Layihənin məqsədi Azərbaycan milli geyimlərinin, xüsusilə milli baş örtüyümüz olan kəlağayının təbliği, onun tarixi və hazırlanma texnologiyası barədə ictimaiyyətin məlumatlandırılması, həmçinin gənc nəsildə milli-mənəvi dəyərlərə marağın artırılmasıdır. “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində növbəti tədbir Bakıda keçiriləcək.

# 653 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər