Vaxtanq Kikabidze “Nizami Gəncəvi” mükafatı ilə təltif edildi

Vaxtanq Kikabidze, gürcü müğənnisi, aktyor

Vaxtanq Kikabidze, gürcü müğənnisi, aktyor

3 iyun 2022
# 18:38

Gürcüstanda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş sərgi və konfrans keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, Tbilisi Dövlət İncəsənət Akademiyasının və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bildirib ki, Gürcüstanda Nizami Gəncəviyə böyük hörmət bəslənilir.

Vurğulayıb ki, hər zaman Nizami Gəncəvi ilə Şota Rustaveli arasında paralellik aparılır və bu çərçivədə ilin sonunadək hər iki şairin yaradıcılığına həsr olunmuş elmi praktik konfransın keçirilməsi planlaşdırılır.

Səfir Azərbaycan və Gürcüstanın Mədəniyyət nazirlikləri arasında yaxın əməkdaşlıq əlaqələri olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva qeyd edib ki, Azərbaycan və Gürcüstan əlaqələri qədim tarixə və ənənələrə əsaslanır və hər iki xalq arasında əsrlər boyunca mehriban qonşuluq və dostluq əlaqələri mövcud olub.

Nazir müavini tədbir iştirakçılarına Nizami Gəncəvinin həyatı və yaradıcılığı ilə bağlı məlumat verib. Dahi şairin həm də digər ölkələrin ədəbi mütəfəkkirlərinin yaradıcılığında dərin izlər qoyduğunu vurğulayıb.

Sevda Məmmədəliyeva tədbirin təşkilatçılarına təşəkkür edib və bildirib ki, Tbilisi Dövlət İncəsənət Akademiyasının 100 illiyinin Tbilisi ilə yanaşı, Bakıda da qeyd olunması planlaşdırılır.

Tədbirin musiqili hissəsində 4. Muğam Televiziya Müsabiqəsinin qalibi Zümrüd Məmmədova "Sənsiz" romansını, "Şuşanın dağları" xalq mahnısını və "Çırpınırdı Qara dəniz" mahnılarını ifa edib.

Tədbirdə müğənni, kinoaktyor, Gürcüstanın dövlət mükafatları laureatı Vaxtanq Kikabidze, Bülbülün Tbilisidəki heykəllərinin müəllifi heykəltəraş Giorgi Caparidze, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının fəxri professoru, Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze və digər gürcü incəsənət xadimləri Nizami Gəncəvinin 880 illiyi münasibəti ilə döş nişanları ilə təltif ediliblər.

Tədbir çərçivəsində Nizami Gəncəvinin poemalarının motivləri əsasında çəkilmiş 20-dən çox rəsm əsəri nümayiş olunub.

# 2890 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər