"Varlı qadın" tamaşasının premyerası oldu

"Varlı qadın" tamaşasının premyerası oldu
19 aprel 2025
# 13:45

Firəngiz Mütəllimovanın BENEFİSİ: "Varlı qadın" tamaşasının premyerası olub.

Kulis.az xəbər verir ki, Akademik Milli Dram Teatrında “Varlı qadın” tamaşasının premyerası keçirilib. Əməkdar incəsənət xadimi Əli Əmirlinin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsəri Xalq artisti Firəngiz Mütəllimovanın benefis tamaşasıdır.

Premyerada Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə, Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, Əməkdar incəsənət xadimi Əli Əmirli, Teatr Xadimləri İttifaqının sədr müavini Azad Şükürov Firəngiz Mütəllimovanın səhnə fəaliyyəti haqqında çıxış edib, onu sənətkar və insan kimi yüksək dəyərləndiriblər. Firəngiz Mütəllimovaya Akademik Milli Dram Teatrının "Yubiley" mükafatı və Teatr Xadimləri İttifaqının "Teatr xadimi" qızıl medalı təqdim olunub.

Firəngiz Mütəllimova sənətinə göstərilən diqqətə görə öz təşəkkürünü bildirib.

Tamaşada Xalq artistləri Firəngiz Mütəllimova (Həvva), Sabir Məmmədov (Sarı), aktyor Elçin Nurəliyev (Qara), əməkdar artistlər Elşən Cəbrayılov (Vəkil), Rövşən Kərimduxt (Əlvan), aktyorlar Natiq Fərzəliyev (Pəhləvan), Ramin Şıxəliyev (Dilənçi), Rada Nəsibova (Şadxəbər), Məhsəti Tahirzadə (Bədxəbər), Firuzə Balayeva (Fotoqraf), Afət Məmmədova (VAAQ müdiri), Muhuma Sahov və Tural İbrahimov (Cangüdənlər) çıxış edir.

"Varlı qadın" tamaşası böyük pulların insan mənəviyyatı və ailə dəyərləri üzərində hökmranlığı haqqındadır. Tamaşanın qəhrəmanları qəfil və gözlənilməz xəbərdən təkcə maddi azadlıq əldə etmirlər, həm də mənəvi eybəcərliyə könüllü təslim olurlar.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, səhnə tərtibatçısı Qabil Gözəlov, geyim üzrə rəssamı Aygün Mahmudova, musiqi tərtibatçısı Orxan Murtuzov, rejissor assistenti Xanımbacı Həsənovadır.

# 2709 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər