Vaqif Səmədoğluna həsr olunmuş kitab sərgisi açıldı

Vaqif Səmədoğluna həsr olunmuş kitab sərgisi açıldı
5 iyun 2024
# 11:31

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Vaqif Səmədoğlunun anadan olmasının 85-ci ildönümü ilə əlaqədar Milli Kitabxanada “Xalq şairi Vaqif Səmədoğlu” adlı geniş kitab sərgisi açılıb.

Kulis.az xəbər verir ki, sərgidə şairin əsərləri, sözlərinə bəstələnmiş musiqi notları, həyatı və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə kitablar, dövri mətbuat nümunələri nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, "60-cılar ədəbi nəsli"nin öncüllərindən biri və Azərbaycan sərbəst şeirinin reformatorlarından olan Xalq şairi Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov) 1939-cu il iyunun 5-də Bakı şəhərində, Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun ailəsində anadan olub.

Vaqif Səmədoğlu poeziya, teatr və dramaturgiya sahəsində ciddi fəaliyyət göstərib. “Yeddi şeir” adlı ilk mətbu əsəri 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib.

Vaqif Səmədoğlu teatr və kino üçün yüksək sənətkarlıq keyfiyyətlərinə malik silsilə əsərlərin müəllifidir. Bədii vasitələrin əlvanlığına və təsir gücünə görə seçilən, diqqəti taleyüklü mənəviyyat problemlərinə yönəldən bu əsərləri ona dramaturq şöhrəti gətirib.

“Yoldan teleqramlar”, “Günü baxtı”, “Mən burdayam, ilahi”, “Uzaq, yaşıl ada”, “Gürzəçöl yazıları” və s. əsərlərin müəllifidir.

Azərbaycan teatrlarında səhnə təcəssümü tapmış “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “İntihar”, “Generalın son əmri”, “Mamoy kişinin yuxuları” tragikomediyaları və “Yaşıl eynəkli adam” trilogiyası, “Yumurta” kimi televiziya tamaşaları geniş izləyici rəğbəti qazanıb. Şairin əsərlərində bütün gülüşlərin arxasında insanı düşündürən, silkələyib ayıldan bir kədər dayanır.

Ölkənin və cəmiyyətin həyatında baş verən proseslərə dərin vətəndaşlıq duyğusu ilə yanaşan Vaqif Səmədoğlu, eyni zamanda, ictimai xadim kimi də tanınıb. Onun ədəbi və ictimai-siyasi fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. “Əməkdar incəsənət xadimi”, “Xalq şairi”, “Nəsimi” mükafatı laureatı Vaqif Səmədoğlu Azərbaycan Respublikasının ali təltifləri olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə layiq görülüb.

# 1766 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər