“Vaqif Səmədoğlu 85” müsabiqəsinin qalibləri mükafatlandırıldı

“Vaqif Səmədoğlu 85”  müsabiqəsinin qalibləri mükafatlandırıldı
10 iyun 2024
# 18:40

İyunun 10-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 85 illiyinə həsr edilmiş poeziya müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Kulis.az xəbər verir ki, AYB-nin sədri, Xalq yazıçısı Anarın təşəbbüsü, “Ulduz” jurnalı və Azərbaycan Ədəbiyyat Fondunun birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə 35 yaşa qədər qələm adamları iştirak edib.

Tədbirdə ədəbiyyat xadimləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

AYB-nin katibi, şair Səlim Babullaoğlunun rəhbərlik etdiyi müsabiqənin münsiflər heyətində tənqidçi Seyfəddin Hüseynli, filoloq Günay Səma Şirvan, şair Taleh Mansur və yazıçı Varis yer alıb. Onlarla iştirakçının qatıldığı müsabiqədə münsiflərin yekdil rəyi ilə birinci yerə Cavid Qasımov, ikinci yerə Rəşad Nağı Mustafa, Allahşükür Ağa, üçüncü yerə isə Eminquey, Seyyidəli Sübhi, El Roman layiq görülüblər. Onlar pul mükafatı və diplomla mükafatlandırılıblar.

Tədbirin aparıcısı Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru Varis Xalq şairi Vaqif Səmədoğlu yaradıcılığından söz açıb, onun şərəfinə təşkil edilmiş müsabiqənin böyük maraqla qarşılandığına diqqət çəkib.

Xalq yazıçısı Anar Vaqif Səmədoğlu ilə dostluğunun tarixçəsinin ən mühüm məqamlarına toxunub, ölməz şairin yaradıcılığının əsas məziyyətlərindən söz açıb, qalibləri təbrik edib.

AYB sədrinin müavini Rəşad Məcid Vaqif Səmədoğlu ilə bağlı xatirələrini bölüşüb, şairin şeirlərindən nümunələr səsləndirib.

“Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs müsabiqənin əhatə dairəsi haqda geniş məlumat verib.

Vaqif Səmədoğlunun ömür-gün yoldaşı Nüşabə Vəkilova 85 illiklə bağlı tədbirlərə qiraət müsabiqəsi ilə start verildiyini diqqətə çatdıraraq, bu müsabiqənin növbəti addım olduğunu qeyd edib.

Müsabiqənin münsiflər heyətində təmsil olunan Seyfəddin Hüseynli və Taleh Mansur ayrı-ayrı iştirakçıların uğurlu poetik nümunələrindən söz açıblar.

Sonda qaliblər öz şeirlərini səsləndiriblər.

# 1882 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər