Vaqif Poeziya Günləri çərçivəsində poeziya saatı keçirildi

Vaqif Poeziya Günləri  çərçivəsində poeziya saatı keçirildi
23 iyul 2025
# 12:35

Vaqif Poeziya Günləri çərçivəsində poeziya saatı keçirilib.

Kulis.az xəbər verir ki, tədbir zamanı Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabının təqdimatı olub.

Tədbirdə çıxış edənlər Vaqif Poeziya Günlərinin illərdir ədəbiyyatsevərləri bir araya gətirən mühüm mədəni hadisə olduğunu vurğulayıblar. Bildirilib ki, bu gün Şuşada poeziya təkcə oxunmur, həm də hiss olunur, yaşayır, yaddaşlara köçür. Poeziyanın beşiyi sayılan Şuşada belə tədbirlərin keçirilməsi xalqımızın ədəbi-mədəni həyatında xüsusi əhəmiyyət daşıyır.

Çıxışlarda Anarın təqdim olunan kitabı haqqında da fikirlər səsləndirilib. Qeyd olunub ki, bu əsər təkcə ailə salnaməsi deyil, bütövlükdə Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərini birləşdirən ədəbi körpüdür. Kitabda yer alan yazıçılar və şairlər Azərbaycanın söz sənətində iz qoymuş, cəmiyyətin mənəvi həyatına yön vermiş şəxsiyyətlərdir.


Kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını deyil, həm də Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yaradıcılığını eyni ideya-estetik məcraya qoşaraq, onları vahid ədəbi axında birləşdirib. Beləliklə, bu əsəri ən yeni ədəbiyyatın milli paradiqması kimi təqdim edib.

Kitada müxtəlif illərdə yazıçı Anarın poetik yaradıcılığından nümunələr bir araya gətirilərək kitab halında təqdim olunub.

608 səhifəlik bu nəşr Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu tərəfindən fəaliyyəti bərpa olunmuş “Yazıçı” nəşriyyatında çap olunub.

Qeyd edək ki, kitabın ön sözünün müəllifi akademik Nizami Cəfərov, nəşriyyat redaktoru isə yazıçı Varisdir.

APA

# 1529 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər