Vaqif Mustafayev: "Keçmiş nazirin bu addımını başa düşmədim"

Xalq artisti Vaqif Mustafayev

Xalq artisti Vaqif Mustafayev

20 aprel 2023
# 17:30

"Həyat, deyəsən, gözəldir" filmi may ayında nümayiş olunacaq.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda kinorejissor, Avropa Kino Akademiyasının üzvü, Xalq artisti Vaqif Mustafayev deyib.

O bildirib ki, filmdə gülməli məqamlar olduğu üçün onun ekranlara çıxmasına etiraz ediblər: "Türkiyədə festivala təqdim edilməzdən əvvəl filmdən 27 dəqiqə kəsildi. Nazir özü baxıb güldü, amma dedi kəsilsin. Mən bunun niyə edilməsini başa düşmədim".

İdeologiyanın əhəmiyyəti barədə danışan Xalq artisti qeyd edib ki, keçmiş rəhbərlik ideologiyanın nə olduğunu bilmədiyinə görə filmin nümayişi yubanıb: "İdeologiyanın mahiyyətini bilməliyik və bu, hər kəsin qanında olmalıdır. Ona görə gənclər festival naminə ideologiyanı pozmamalıdırlar. Kino etik və estetik aləmimizi yaradır. Filmlərimizdəki bir çox cümlələr, frazalar xalqın dilinə keçir. Buna görə gələcək naminə ehtiyatlı olmaq lazımdır".

# 3472 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər