V Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək

V Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək
13 iyun 2024
# 16:20

V Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının keçiriləcəyi tarix açıqlandı.

Kulis.az xəbər verir ki, V Sevilfest 5-12 iyul tarixlərində, eyni anda Bakı, Şəki, Lənkəran və Şabran şəhərlərində baş tutacaq.

Bu il də festival tamaşaçılarını zəngin və çoxşaxəli proqram gözləyir. Hər il olduğu kimi yerli qısametraj sənədli film, beynəlxalq qısametraj sənədli film, uzunmetraj sənədli film kateqoriyalarında yarışacaq müsabiqə filmlərinin nümayiş ediləcəyi festivalda xüsusi bir bölmə olaraq yer alan "Festivallardan seçmələr" bölməsi dünya festivalları laureatı filmləri Azərbaycan tamaşaçısı ilə görüşdürəcək.

Festival bu il də bir çox beynəlxalq xarici qonağa ev sahibliyi edəcək, dünya kino sənayesinin peşəkarları tərəfindən ustad dərsləri keçiriləcək, müxtəlif mövzularda panel müzakirələr baş tutacaq.

Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı 2020-ci ildən fəaliyyət göstərən müstəqil sənədli filmlər festivalıdır.

Festivalın əsas məqsədi incəsənət və sənədli filmlər vasitəsilə gender əsaslı problemlərə fərqindəliyi artırmaqdır.

Festival dünyanın hər yerindən bəyənilən filmləri Azərbaycan tamaşaçılarına təqdim edir və onları müxtəlif gender əsaslı problemlər ətrafında ictimai müzakirəyə cəlb edir.

Müxtəlif beynəlxalq əməkdaşlıqlar, qonaq və ekspertlərlə əlaqəni təmin edən festival yerli və beynəlxalq sənətçilər üçün qısa və tammetrajlı müsabiqələr təşkil etməklə yerli kino sənətini təbliğ edir. Həmçinin, festival paralel olaraq 4 şəhərdə – Bakı, Şəki, Lənkəran və Şabranda təşkil olunur.

Festival qadınlar və təmsil olunmayan qruplar üçün təhlükəsiz və inklüziv məkan yaratmaq, onların iştirakını və ölkədə sənədli film sənayesinə töhfələrini artırmaq istiqamətində fəal işləyir. Nümayişlər, müzakirələr və digər fəaliyyətlər vasitəsilə Sevilfest sənədli film sektorunun təkmilləşməsini və inkişafını, xüsusən də, marjinal hesab edilən kinorejissorların səslərini dəstəkləmək və gücləndirməklə təşviqat məqsədi daşıyır.

# 2195 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər