Üzeyir Hacıbəylinin 140 illiyi UNESCO-da qeyd olundu

Üzeyir Hacıbəylinin 140 illiyi UNESCO-da qeyd olundu
19 sentyabr 2025
# 10:10

UNESCO-da Üzeyir Hacıbəylinin 140 illiyi konsert proqramı ilə qeyd olunub.

Kulis.az xəbər verir ki, tədbir Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin və Fransa-Azərbaycan Dialoqu assosiasiyasının birgə təşəbbüsü ilə təşkil edilib.

UNESCO yanında daimi nümayəndə Elman Abdullayev çıxış edərək bildirib ki, Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi bəstəkarın həyat və yaradıcılığına ehtiramı nümayiş etdirir: "Bu, eyni zamanda musiqinin birləşdirici gücünü, mədəniyyətlər arasında dialoqun qurulmasına və ümumbəşəri dəyərlərə verilən qiyməti göstərir. 1908-ci ildə Şərqdə ilk opera olan “Leyli və Məcnun” təkcə musiqi əsəri deyildi. Bu, əsl mədəni inqilab idi. Hacıbəyli, Azərbaycan muğamının əsrlərlə formalaşmış ənənəsini Qərb musiqisinin klassik formaları ilə birləşdirərək, Şərq və Qərb arasında musiqi körpüsü saldı".

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, filologiya elmləri doktoru, professor İsa Həbibəyli Ü. Hacıbəylinin yaradıcılığından bəhs edib.

Qeyd edilib ki, UNESCO kimi beynəlxalq mədəniyyət platformasında Üzeyir Hacıbəylinin 140 illik yubileyinin keçirilməsi onun irsinin yalnız Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün əhəmiyyət daşıdığını sübut edir.

# 1455 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər