“Ustad dərsləri” layihəsinə start verildi

“Ustad dərsləri” layihəsinə start verildi
17 may 2022
# 13:20

Mədəniyyət Nazirliyi və “Mədəniyyət Şəbəkələr Evi” (“Cultural Network House”) Assosiasiyasının birgə təşkilatçılığı ilə yeni “Ustad dərsləri” layihəsinə start verilib.

Kulis.az xəbər verir ki, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Toğrul Əsədullayevin rəhbərliyi ilə “Ustad dərsləri” layihəsi 11 may – 29 iyun 2022-ci il tarixlərində həftədə iki dəfə olmaqla həyata keçiriləcək.

Layihənin məqsədi - Azərbaycan milli musiqisi və milli musiqi alətlərinin uşaqlar arasında geniş təbliğini gerçəkləşdirməklə onları milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə etmək, uşaqların bədii estetik zövqünü yüksəltmək, istedadlı şagirdləri üzə çıxartmaq və onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, şagirdlərin hərtərəfli şəxsiyyət kimi formalaşmasına dəstək olmaq, eləcə də musiqi təhsilində avropa standartlarını tətbiq edib ustad dərsləri vasitəsilə onlara daha bir yeni ustad töhfəsi verməkdir.

Layihə 3 mərhələdən ibarətdir:

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərinin Xalq Çalğı Alətləri şöbəsində - tar, kamança, qanun, balaban, nağara ixtisası üzrə təhsil alan şagirdlərin arasında keçirilən (1-30 aprel 2022) seçim turu;

11 may 2022-ci il tarixində L. və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbində “Ustad dərsləri”nin başlaması;

Ustad dərsləri keçən şagirdlərin Toğrul Əsədullayev ilə birgə konsert proqramı və onlara sertifikatların təqdim edilməsi mərasimi.

# 2637 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər