Uşaq İncəsənət Festivalının birinci mərhələsinə 750-dək iştirakçı qatıldı

Uşaq İncəsənət Festivalının birinci mərhələsinə 750-dək iştirakçı qatıldı
29 aprel 2023
# 14:16

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsi davam edir.

Kulis.az xəbər verir ki, Bakı şəhəri üzrə festivalın ilk mərhələsi altı məkanda – Binəqədi rayon mərkəzi Mədəniyyət evi, Mərdəkan Mədəniyyət Sarayı, Ə.Əmirov adına Mədəniyyət sarayı, H.Abbasov adına Mədəniyyət Mərkəzi, Binə qəsəbə Mədəniyyət Mərkəzi, Şağan qəsəbə Mədəniyyət Mərkəzində keçirilir.

Seçim turunun ilk günündən indiyədək 738 iştirakçı Azərbaycan xalq çalğı alətləri ifaçılığı, heykəltəraşlıq, rəsm, solo milli rəqs, piano ifaçılığı, estrada oxuma, akademik vokal, caz ifaçılığı (kollektiv), aşıq sənəti, rəqəmsal incəsənət, aktyorluq, bədii qiraət nominasiyaları üzrə öz qabiliyyətini nümayiş etdirib. Uşaqların ifaçılıq və yaradıcılıq qabiliyyətləri münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Qarşıdakı günlərdə dekorativ-tətbiqi sənət, klassik nəfəs alətləri ifaçılığı, solo müasir rəqs, milli rəqs ansamblı, müasir rəqs ansamblı, xor, xanəndəlik sənəti, klassik simli alətlər ifaçılığı və digər nominasiyalar üzrə iştirakçılar münsiflərin önünə çıxacaqlar.

Xatırladaq ki, festivalın birinci mərhələsi aprel-iyun aylarını əhatə edir.

# 2028 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər