UNESCO-dan xəbərdarlıq: Orta Şərqdə mədəni miras təhlükədədir

UNESCO-dan xəbərdarlıq: Orta Şərqdə mədəni miras təhlükədədir
3 mart 2026
# 15:45

UNESCO, ABŞ-İsrail hava hücumları nəticəsində İrandakı hədəflərin vurulmasından sonra bölgədə yerləşən bəzi mədəni irs abidələrinin taleyi ilə bağlı ciddi narahatlıq ifadə edib.

Kulis.az xəbər verir ki, bazar ertəsi Tehrandakı Gülüstan Sarayı yaxınlıqdakı Arq meydanına edilən hava zərbəsindən sonra yaranan partlayış dalğaları və düşən qalıqlar səbəbilə zərər görüb.

Bildirilir ki, sarayın pəncərələri, qapıları və güzgü elementləri xəsarət alıb.

UNESCO-nun məlumatına əsasən, Gülüstan Sarayı Tehranın tarixi mərkəzinin “ürəyində” yerləşir. Quruma məxsus rəsmi internet səhifəsində qeyd olunur ki, saray 1779-cu ildə hakimiyyətə gələn və Tehranı ölkənin paytaxtı elan edən Qacarlar sülaləsi tərəfindən hökumət iqamətgahı kimi seçilib.

Kompleks əsasən muzey kimi fəaliyyət göstərən səkkiz mühüm saray binasından ibarətdir və qapılarla bölünmüş xarici divarla əhatə olunub.

UNESCO yayımladığı açıqlamada bildirib ki, mümkün zərərin qarşısını almaq məqsədilə Dünya İrs Siyahısına daxil edilən məkanların və milli əhəmiyyət daşıyan obyektlərin coğrafi koordinatları müvafiq tərəflərə təqdim edilib.

Təşkilat həmçinin xatırladıb ki, mədəni irs obyektləri beynəlxalq hüquqa, xüsusilə 1954-cü il Silahlı Münaqişə Zamanı Mədəni Dəyərlərin Qorunmasına dair Haaqa Konvensiyasına və 1972-ci il Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiyaya əsasən qorunur.

# 1249 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər