Ümidsizlərin son ümid yeri - "Martenitsa qolbağı"nın hekayəsi

Ümidsizlərin son ümid yeri - "Martenitsa qolbağı"nın hekayəsi
4 mart 2025
# 10:16

Bolqarıstanda baharın gəlişi ilə əlaqədar "Baba Marta" günləri başlayır.

Kulis.az-ın məlumatına görə, "Baba Marta" Bolqarıstana xas olan qədim ənənədir.

"Baba Marta" günlərində baharın gəlişini qeyd etmək üçün "martenitsa" və ya "marteniçka" adlanan ağ və qırmızı yundan hazırlanmış qolbaqlardan istifadə olunur. Bu günlərdə bolqarlar qohumlarına və dostlarına martenitsa qolbaqlarını hədiyyə verib onlara il boyu sağlamlıq və güc diləyirlər. Ənənəyə görə, martenitsalar qaranquş və ya leylək görənə qədər taxılır.

Marteniçka bilekliğin hikayesi (Kırmızı ve beyaz ipliğin anlamı):  Marteniçka bileklik ne zaman çıkarılır? - 2

Ənənəvi olaraq küçə satıcılarından martenitsa alan insanlar martın ilk günlərində onları qohumlarının, dostlarının yaxasına, boynuna və ya biləyinə bağlayır, onlara sağlam və xoşbəxt bahar arzulayırlar. Martın 1-də taxılan bilərzik, leylək görünməsə, martın 31-də çıxarılır və arzu olunarsa, növbəti ilə qədər saxlanılır.

Marteniçka bilekliğin hikayesi (Kırmızı ve beyaz ipliğin anlamı):  Marteniçka bileklik ne zaman çıkarılır? - 3

Martenitsa hansı biləyə taxılır?

Martenitsa, adətən, sol biləyə taxılır. Çünki sol tərəf ürəyə daha yaxındır və onun uğur, sağlamlıq və xoşbəxtlik gətirdiyinə inanılır. Bununla belə, bəzi insanlar onu sağ biləyinə və ya boynuna da taxa bilər.

Marteniçka bilekliğin hikayesi (Kırmızı ve beyaz ipliğin anlamı):  Marteniçka bileklik ne zaman çıkarılır? - 4

Qolbağın hekayəsi.

Rəvayətə görə, uzun illər əvvəl bir padşah səfərə gedir. Vaxt keçir, kraliçanın ümidini itirdiyi anda nəhayət, padşahın göyərçini vasitəsilə göndərdiyi qırmızı və ağ sapdan ibarət "xəbər" alır. Mesajı başa düşə bilməyən kraliça onun mənasını ancaq padşah qayıdandan sonra öyrənir. Məlum olur ki, padşah müharibədə ağır yaralanıb, lakin sülh əldə edildikdən sonra sağalıb.

Marteniçka bilekliğin hikayesi (Kırmızı ve beyaz ipliğin anlamı):  Marteniçka bileklik ne zaman çıkarılır? - 5

Ona görə də martenitsadakı qırmızı sapın sağlamlığı, ağ sapın isə sülhü simvolizə etdiyi güman edilir.

# 2402 dəfə oxunub

Oxşar xəbərlər

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

15:55 25 sentyabr 2026
Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

15:30 25 sentyabr 2026
Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

14:30 25 sentyabr 2026
Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

14:00 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər