"Ulduz"un may buraxılışı çap olundu

"Ulduz"un may buraxılışı çap olundu
1 iyun 2023
# 10:40

"Ulduz" jurnalının may sayı işıq üzü görüb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, dərgi ədəbiyyatşünas, esseist Mətanət Vahidin özüylə söhbəti və "Şəhrizad" - milli-tarixi yaddaş romanı sənət və qadın idealının təcəssümü kimi" essesi ilə açılır. "Şeir vaxtı"nda Ramilə Qardaşxanqızının, Elsevər Məsimin, Əfşan Yusifqızının, Reyhan Kənanın, Aytac Sahədin və Xanım Sevərin şeirləri, "Nəsr" rubrikasında isə Çinarə Ömrayın "Adsız", Hafiz Təmirovun "Dərdin böyütdüyü uşaq" hekayələri yer alıb. Şair-publisist Qulu Ağsəsin "Nüvə başlığı və ya Faites-En Bon Usage" essesini dünyada və ölkədə baş verən hadisələrə fərqli baxış kimi də səciyyələndirmək olar. Emin Pirinin "Laçın vaxtlarımız" sərlövhəli silsilə yazıları müəllifin müharibə gündəliyindən nümunələrdir. Fərid Hüseynin "Təbiət aynası" essesi Məhəmməd Füzulinin oğluna ünvanladığı "Fəzliyə nəsihət" qəsidəsindən bəhs edir.

Professor Məti Osmanoğlunun "Ustad dərsləri"nin cari mövzusu filosof Fridrix Şegelin "Mifologiya haqqında nitq"idir. Tatar ədəbiyyatının istedadlı nümayəndələrindən sayılan Gözəl Yaxinanın "Soyağacı" hekayəsi Seyfəddin Hüseynlinin tərcüməsində təqdim edilir. Aygün Əzizin "Dilimizin anasını ağlatmışıq" başlıqlı yazısında dilimizə fərqli dillərdən keçmiş sözlərin geniş təhlili aparılır. Şəfa Vəlinin "Uzaqdakı yaxınlar: Nüşabə Əsəd Məmmədli" yazısı, adından da göründüyü kimi, yazıçı, dramaturq Nüşabə Əsəd Məmmədlinin həyat və yaradıcılığının maraqlı məqamlarına işıq tutur. "Qısa fikirlər xəzinəsi"ni Erix Mariya Remark, Luis Kerroll, Tomas Eliot və başqalarının fikirləri bəzəməkdədir.

Mobil Aslanlı Huntürkün "A.Bakıxanovun poetik düşüncəsində sağlam həyat tərzi" araşdırma yazısı böyük ədibin əsərlərində sağlamlıqla bağlı tərbiyəvi məqamları diqqətə çatdırır. "Dərgidə kitab" rubrikasında filologiya üzrə fəlsəfə doktoru Kəmalə Umudovanın "Adı soyadını eşidən şair: Qulu Ağsəs" yazısı yer alıb. Yazı şair Qulu Ağsəsin zəngin yaradıcılığının əsas istiqamət və məqamlarını özündə ehtiva edir. "Dərgidə sərgi" rubrikasında 8 yaşlı rəssam Ağazadə Əbəlfəzlin rəsm əsərlərinə yer verilib.

# 2345 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər