"Ulduz" jurnalının mart nömrəsi çap olundu

"Ulduz" jurnalının mart nömrəsi çap olundu
31 mart 2022
# 18:20

"Ulduz" jurnalının mart nömrəsi işıq üzü görüb.

Kulis.az xəbər verir ki, jurnalın sözügedən nömrəsi Şamil Ənvəroğlunun özü ilə söhbəti və esseləri ilə açılır. "Şeir vaxtı"nda Allahşükür Ağa, Aysel Xanlarqızı Səfərli, Aysel Fikrət kimi şairlərin şeirləri, "Nəsr"də isə Günel Natiq, Məmməd Məmmədli, Furqan, Zəhra Namazlı və Tağı Türkün hekayələri təqdim edilir.

"Tərcümə saatı"nda Fərid Hüseynin tərcüməsində serbiyalı Nina Simiç Paniçin, Əkbər Qoşalının uyğunlaşdırmasında Özbəkistan şairi Qeyrət Məcidin şeirləri, eləcə də Kamran Nəzirlinin tərcüməsində Pakistan yazıçısı Məhəmməd Zahid Rifatın "Zahid" hekayəsi yer alıb. "Yazı masası"nın budəfəki qonağı şair Qəşəm Nəcəfzadədir. Namiq Hacıheydərlinin "Turanın başkəndi-Ötükən" başlıqlı araşdırma yazısı Hun İmperiyasının və Göytürk dövlətinin paytaxtı olmuş eyniadlı tarixi şəhərdən bəhs edir.

Bundan əlavə, oxucular "Debüt" rubrikasında gənc yazarlar Fatehin və Fuad Novruzlunun şeirləri ilə, eləcə də Maya İmranın "Dəli" hekayəsi ilə tanış olacaqlar. Tənqidçi Vaqif Yusiflinin "Qayıdış" sərlövhəli yazısı şairə Nübar Eldarqızının yaradıcılığına işıq tutur. Tural Cəfərlinin "Esse" rubrikasında yer almış yazısında isə şair Elçin İsgəndərzadənin yaradıcılığına nəzər salınır. Dramaturq Əli Əmirli ənənəvi "Ustad dərsləri"nin VI mövzusunu belə adlandırıb: "Yaxşı pyes, yaxşı dialoqlardan ibarətdir". Nadir Yalçının "Əbdürrəhim bəy Haqverdiyev irsinin təbliğinə mühüm töhfə" başlıqlı yazısı Əməkdar mədəniyyət işçisi, yazıçı Mustafa Çəmənlinin böyük ədibə həsr edilmiş "Əbədiyyət yolçusu" adlı kitabının təqdimat mərasimindən bəhs edir.

"Dərgidə kitab" rubrikasında Seyfəddin Hüseynlinin esseləri, "Dərgidə sərgi" rubrikasında isə gənc rəssam Tünzalə Sadıq qızının rəsmləri yer alıb.

# 2411 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər