"Ulduz" jurnalının iyul-avqust nömrəsi işıq üzü gördü

"Ulduz" jurnalının iyul-avqust nömrəsi işıq üzü gördü
18 avqust 2026
# 18:15

"Ulduz" jurnalının iyul-avqust nömrəsi işıq üzü görüb.

Kulis.az xəbər verir ki, nəşrin bu nömrəsində Qulu Ağsəsin “Bircə kəlmə: Hicran” və Təranə Vahidin “Yaşıl elegiya” yazıları ilə jurnalın mərhum şöbə redaktoru, yazıçı-publisist Hicran Hüseynovanın xatirəsi yad olunur.

“Şeir vaxtı” rubrikasında Həmid Herisçi, Seyyidəli Sübhi, Cavid Fərzəli, Zaman Piriyev, Şəfəq Sahibli və Zaur Ərmuğanın yeni poeziya nümunələri təqdim edilir.

“Nəsr” rubrikasında Nemət Mətinin “Zəlzələ”, Əli Bağışın “Dörd tabut”, Əli bəy Azərinin “Messi” və Sadiq Qarayevin “Çalası” hekayələri dərc olunub. Oxucular “Tərcümə saatı”nda çeçen yazıçısı Səid-Həsən Katsayevin “Qaranlıqda” hekayəsini Seyfəddin Hüseynlinin tərcüməsində oxuya bilərlər.

Jurnalda gənc ingilis ədəbiyyatı mütəxəssisi Alsunun araşdırdığı “Beş əsrdir yaşayan dahi: Şekspir haqqında bilinməyən 15 fakt” başlıqlı yazı yer alıb. “Ədəbi fraqmentlər” rubrikasında tənqidçi Vaqif Yusiflinin “Şəhidlər – Qəhrəmanlar” sərlövhəli məqaləsi, İlahə Səfərzadənin “Məti Osmanoğlu ilə tamamlanmamış söhbət” müsahibəsi, Anar Seyidağa, İbrahim Yusifoğlu və Qəhrəman Kamiloğlunun şeirləri, eləcə də Qalib Arifin hekayəsi dərc edilib.

“Dərgidə kitab” rubrikasında Hafiz Ataxanlının “Varlıq və yoxluq” fantasmaqorik povesti, “Dərgidə sərgi”də isə rəssam Məryəm Məmmədzadənin rəsm əsərləri təqdim olunur.




# 809 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər