Ukrayna mədəniyyətinə həsr olunmuş fotosərgi keçirilir

Ukrayna mədəniyyətinə həsr olunmuş fotosərgi keçirilir
8 yanvar 2025
# 13:36

Bakıda Ukraynanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Трети Півні” emalatxanasının müəllif fotoşəkilləri qalereyasının fotosərgisi açılıb.

Kulis.az xəbər verir ki, Ukrayna Mərkəzində açılan sərgidə bu ölkənin müxtəlif regionlarının etnik geyimlərini nümayiş etdirən fotoşəkillər təqdim olunub.

"Kompozisiyaların hər bir detalı Ukrayna xalqının keçmişini və bu gününü birləşdirən təkrarolunmaz atmosfer və ruhu çatdırmaq üçün diqqətlə düşünülüb. Bu sərgi mədəni irsin dərinliyini hiss etmək və onu ən parlaq vizual obrazlarda görmək üçün imkan yaradır", - mərkəzdən bildiriblər.

Mərkəzdə vurğulanıb ki, fotosərgi ilə yanaşı, daha bir unikal ekspozisiyanı - istedadlı ustaların – Katriçenko bacılarının yaratdığı kuklaların (motanka) sərgisini də görmək olar. "Kuklalar Ukraynanın 24 vilayəti və Krımın regional tikmə xüsusiyyətlərini əks etdirir. Ukraynaya xas ənənəvi əl işi, hər bir kuklanın ən xırda detallarına qədər düşünülmüş obrazı, rəng qamması, tikmə üslubu, bəzəklər və baş örtükləri - bütün bunlar onları əsl şedevrlərə çevirir. Kuklalar qədimdən ustaların əllərinin hərarətini və doğma torpağa məhəbbəti özündə daşıyan qoruyucu hesab olunur", - mətbuat xidməti vurğulayıb.

Sərgi Xaqani küçəsi 123 ünvanında keçirilir.

# 2842 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər