TÜRKPA-nın 11-ci Plenar iclası keçirildi

TÜRKPA-nın 11-ci Plenar iclası keçirildi
25 iyun 2022
# 15:20

“TÜRKPA ilə birgə keçiriləcək layihələrə dəstək verməyə hazırıq”.

Kulis.az xəbər verir ki, bu sözləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğızıstanın Çolpon-Ata şəhərində “Parlament diplomatiyası – etimad və tərəfdaşlığın əsası” mövzusunda keçirilən TÜRKPA-nın 11-ci Plenar iclasında söyləyib.

İclasda TÜRKPA-ya üzv dövlətlərin parlament sədrləri, millət vəkilləri, beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə yanaşı, TÜRKPA, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY və Türk Akademiyasının rəhbər və nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən Fondun prezidenti, qardaş təşkilat TÜRKPA-nın bugünkü toplantısında türk dünyasının gələcəyinə dair əhəmiyyətli məsələlərin müzakirə ediləcəyinə və mühüm qərarların qəbul olunacağına inandığını vurğulayıb. Fond ilə TÜRKPA arasında tərəfdaşlıq münasibətlərinin mövcudluğuna toxunan Günay Əfəndiyeva, iki beynəlxalq türk təşkilatının hər zaman bir-birinin yanında olduğunu qeyd edib.

Günay Əfəndiyeva türk xalqlarının qədim irsinin qorunması və gənc nəsillərə sağlam ötürülməsi istiqamətində əməkdaşlığın gücləndirilməsinin vacibliyindən söz açaraq, birgə keçiriləcək layihələrlə bu əlaqələri möhkəmləndirməyə hər zaman hazır olduqlarını bildirib.

Günay Əfəndiyeva Fond tərəfindən təşkil olunan tədbirlərlə türk dünyasının tarixi, mədəniyyəti, incəsənəti haqqında danışıldığını, türk xalqlarının ədəbiyyatının, folklorunun, adət-ənənələrinin yad edildiyini vurğulayıb. Fondun prezidenti türk əməkdaşlıq təşkilatlarının dövlət başçılarının göstərdikləri etimada əsasən hərtərəfli əməkdaşlığın inkişafı üçün bütün səyləri birləşdirməsinin önəminə toxunub.

# 2543 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər