Türkiyənin “Oskar” namizədi bəlli oldu

Türkiyənin “Oskar” namizədi bəlli oldu
31 iyul 2026
# 15:10

2027-ci ilin mart ayında keçiriləcək “Oskar” mükafatında "Ən yaxşı beynəlxalq film" nominasiyası üzrə Türkiyənin rəsmi namizədi seçilib.

Kulis.az xəbər verir ki, "TRT" istehsalı olan "Kəsilmiş bir ağac kimi" filmini rejissor Tunc Davud ekranlaşdıracaq.

2019-cu ildə "12 Punto" layihəsindən mükafat alan film dünya premyerasını 2025-ci ilin oktyabrında 62-ci Antalya Film Festivalında edib.

Ekran işi 13-cü Boğaziçi Film Festivalından "Ən yaxşı montaj" mükafatı ilə ayrılıb.

Dram janrında olan film 70 yaşlı təqaüdçü mühəndis Refikin suriyalı baxıcısı Nəsrinin qəfildən yoxa çıxması və uşaqlarını ona həvalə etməsi ilə başlayan ailə daxili münaqişələrdən və gözlənilməz hadisələrdən bəhs edir.

Qeyd edək ki, "Oskar" təqviminə əsasən, bu nominasiya üzrə 15 filmlik qısa siyahı 15 dekabr 2026-cı ildə, yekun namizədlər isə 21 yanvar 2027-ci ildə elan olunacaq.

Təntənəli mükafatlandırma mərasimi isə 14 mart 2027-ci ildə baş tutacaq.

# 857 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər