Türkiyədə antik teatr günəş enerjisi ilə işıqlandırılacaq

Türkiyədə antik teatr günəş enerjisi ilə işıqlandırılacaq
27 avqust 2026
# 16:30

Türkiyənin Muğla şəhərinin Seydikəmər ərazisində yerləşən və 2023-cü ildə başlanılan hərtərəfli bərpa işləri tamamlanan Tlos antik şəhər teatrında günəş enerji sistemi vasitəsilə teatrın gecə işıqlandırılması təmin olunacaq.

Kulis.az xəbər verir ki, bu haqda Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sosial şəbəkə hesabında məlumat yayıb.

O, tarixi abidənin memarlıq bütövlüyünün və müxtəlif tarixi mərhələlərinin böyük səylə qorunduğunu, eyni zamanda Tlos antik şəhərində ilk dəfə belə bir ekoloji layihənin həyata keçirildiyini bildirib.

Mədəniyyət və Turizm Nazirliyi, Muğla Valiliyi və Akdeniz Universitetinin dəstəyi ilə Prof. Dr. Taner Korkutun rəhbərliyi altında həyata keçirilən layihə həm mədəni irsin qorunmasına, həm də regionda gecə muzeyçiliyi təcrübəsinin inkişafına töhfə verməyi hədəfləyir.

Günəş enerjisi ilə işıqlandırılan antik teatr ziyarətçilərə axşam saatlarında da bənzərsiz atmosfer bəxş edəcək.

# 741 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər