Türkiyənin Antalya şəhərindəki Aspendos antik şəhərinin şərq hissəsində varlığı ilk dəfə müəyyən edilən nekropol ərazisində 2 min 400 illik sandıq tipli məzar kəşf olunub.
Kulis.az xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy e.ə 475-300-cü illərə aid edilən bu tapıntının şəhərin arxeoloji baxımdan zəif öyrənilmiş klassik dövrünə işıq tutduğunu bildirib.
Bir nəfərə aid olan məzardan üzərində güləşən çılpaq kişi təsvirləri yer alan antik gümüş sikkələr çıxarılıb.
Mütəxəssislər sikkələrin üzərindəki güləş motivlərinə və digər arxeoloji dəlillərə əsaslanaraq məzar sahibinin antik dövrdə yaşamış aspendoslu bir pəhləvan ola biləcəyini vurğulayırlar.
Qeyd edək ki, nəsilbənəsil zərb edilən Aspendos sikkələrində ən azı 16 müxtəlif güləş fəndi və pozisiyasının təsvir olunması, bu idman növünün həm antik şəhər, həm də Anadolu tarixi üçün böyük əhəmiyyət daşıdığını göstərir.
Türkiyədə 2400 illik məzar tapıldı
Oxşar xəbərlər
Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə
17:08
9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi
16:51
9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq
15:45
9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər
14:37
9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb
14:30
9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi
12:30
9 noyabr 2026